Əsas məzmuna keç

"Yuventus" "Bavariya"nın müdafiəçisini transfer etmək istəyir

"Yuventus" "Bavariya"nın müdafiəçisini transfer etmək istəyir

"Bavariya"nın mərkəz müdafiəçisi Kim Min Ce yenidən İtaliya A Seriyası klublarının, xüsusən də "Yuventus"un diqqət mərkəzindədir.

ru en

"" klubunun cənubi koreyalı müdafiəçisi İtaliya nəhənglərinin hədəfinə çevrilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Fabritsio Romanoya istinadən xəbər verir ki, 29 yaşlı futbolçunun xidmətində ən çox "" maraqlıdır.

Lakin transferin reallaşması üçün ciddi bir maneə mövcuddur.

Belə ki, oyunçunun hazırkı maaşı İtaliya klubları üçün olduqca yüksəkdir və o, məvacibinin əhəmiyyətli hissəsindən imtina etməli olacaq.

Almaniya təmsilçisinin qarşıdan gələn yay transfer pəncərəsində mərkəz müdafiəçisi ilə bağlı təklifləri dəyərləndirməyə hazır olduğu bildirilir.

Xatırladaq ki, Kim Min Ce 2023-cü ilin yayında "Napoli"dən Münhen klubuna keçib. Hazırda "Transfermarkt" portalına əsasən, sabiq Neapol ulduzunun bazar dəyəri 25 milyon avro təşkil edir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…