Əsas məzmuna keç

“Yuventus” heyətini gücləndirməyi planlaşdırır: 3 yeni transfer hədəfi

“Yuventus” heyətini gücləndirməyi planlaşdırır: 3 yeni transfer hədəfi

İtaliya klubu yay transfer pəncərəsində heyətinə yeni oyunçular cəlb etməyi hədəfləyib.

en ru

Turin təmsilçisi "" növbəti mövsüm üçün heyətini gücləndirmək istiqamətində işlərə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi yay pəncərəsində bir neçə mövqeyə yeni oyunçular cəlb etməyi planlaşdırır.

Mənbənin məlumatına əsasən, "Qoca Sinyora"nın transfer siyahısında üç futbolçunun adı yer alır. Turin klubunun heyətinə qatmaq istədiyi oyunçular aşağıdakılardır:

  • Emiliano Martines ("Aston Villa") – qapıçı mövqeyi üçün;
  • Kim Min Ce ("Bavariya") – müdafiə xəttini gücləndirmək üçün;
  • Tarik Muxaremoviç ("Sassuolo") – müdafiəçi.

Xatırladaq ki, ötən mövsüm İtaliya A Seriyasında uğursuz nəticələr göstərən "Yuventus" 69 xalla turnir cədvəlini altıncı pillədə başa vurub. Bu nəticə ilə komanda növbəti mövsüm UEFA Avropa Liqasında mübarizə aparacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…