Əsas məzmuna keç

"Yuventus" Yan Oblakı transfer etməyi planlaşdırır

"Yuventus" Yan Oblakı transfer etməyi planlaşdırır

İtaliya klubu "Atletiko Madrid"in qapıçısını heyətinə qatmaq üçün variantları nəzərdən keçirir.

ru en

Sloveniyalı qapıçı karyerasını İtaliya "A Seriyası"nda davam etdirə bilər. Hazırda ""in şərəfini qoruyan təcrübəli qolkiperlə bağlı maraqlı iddialar ortaya çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" tanınmış insayder Canluka Di Martsioya istinadən xəbər verir ki, Turin təmsilçisi "" sloveniyalı qapıçının xidmətində maraqlıdır.

"Qoca Sinyora"nın bu transferi reallaşdırmaq üçün əsas hədəfi, əgər "Aston Villa"nın argentinalı qapıçısı Emiliano Martinesin keçidi baş tutmazsa, məhz Yan Oblakı heyətinə cəlb etməkdir.

33 yaşlı qapıçı 2014-cü ilin yayından bəri " Madrid"in heyətində çıxış edir. Tərəflər arasında imzalanan hazırkı müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.

bazarında futbolçunun dəyəri isə təxminən 15 milyon avro qiymətləndirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…