Əsas məzmuna keç

Lenqle "Atletiko"dakı gələcəyi ilə bağlı qərarını verdi

Lenqle "Atletiko"dakı gələcəyi ilə bağlı qərarını verdi

Madrid təmsilçisi fransalı müdafiəçini heyətdən göndərmək istəsə də, futbolçu komandada qalmaqda israrlıdır.

en ru

Madridin "" klubu yay pəncərəsi dövründə heyətində dəyişikliklərə hazırlaşır.

“Operativ Məlumat Mərkəzi-OMM”İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi və məşqçilər heyəti mərkəz müdafiəçisi Kleman Lenqle ilə yollarını ayırmağı planlaşdırır.

"Matrasçılar" fransalı oyunçunu komandada görmək istəmirlər.

Buna baxmayaraq, 30 yaşlı futbolçu özü klubunu tərk etmək niyyətində deyil. Lenqlenin klubla olan müqaviləsi daha iki il qüvvədədir və o, kifayət qədər cəlbedici təklif almayacağı təqdirdə, yaxın gələcəkdə komanda dəyişməyi düşünmür.

Xatırladaq ki, Kleman Lenqle bir il əvvəl "Barselona"dan azad agent statusu ilə "Atletiko"ya keçmişdi. O, ötən mövsüm Dieqo Simeonenin rəhbərliyi altında bütün turnirlərdə 24 matçda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…