Əsas məzmuna keç

İspaniyada qatar qəzasında 40 nəfər həlak olub

İspaniyada qatar qəzasında 40 nəfər həlak olub

İspaniyanın Madrid şəhəri yaxınlığında baş verən dəmir yolu qəzasında həlak olanların sayı artıb, xəsarət alanların sayı isə 100 nəfəri keçib.

en ru

İspaniyada qatarların toqquşması nəticəsində ən azı 39 nəfər həlak olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Mülki Qvardiyanın məlumatlarına istinadən "Antenne3" telekanalı məlumat yayıb.

Bununla yanaşı, bildirilib ki, ən azı dörd vaqon aşıb.

Toledoda (İspaniya) Urda stansiyası yaxınlığında iki qatar toqquşub, ən azı 10 nəfər ölüb.

“Operativ Məlumat Mərkəzi-OMM” EFE agentliyinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança hökumətinin mətbuat katibi Ester Padilya bildirib.

Qatarlardan biri "Renfe", digəri isə "Iryo" şirkətinə məxsus olub. "Renfe" şirkəti hazırda , Syudad-Real və Andalusiya arasında qatarların hərəkətinin dayandırıldığını bildirib.

Bildirilib ki, xəsarət alanların sayı çoxdur.

Qeyd edilib ki, vaqonlardan ikisi relsdən çıxıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…