Əsas məzmuna keç

Qətər və BƏƏ Hörmüz boğazından kənarda mayeləşdirilmiş təbii qaz daşıyıb

Qətər və BƏƏ Hörmüz boğazından kənarda mayeləşdirilmiş təbii qaz daşıyıb

Hindistan və Yaponiyaya nəql olunan LNG tankerlərindəki son təhlükəsizlik böhranı enerji bazarlarını silkələdi: Oman sahillərindəki yeni logistika planı nədir?

en ru

və Birləşmiş Ərəb Əmirlikləri təbii qazın (LNG) bir gəmidən digərinə, yəni “gəmidən-gəmiyə” üsulu ilə daşınmasını boğazından kənarda həyata keçirir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, son həftələrdə Hindistan və Yaponiyaya göndərilmək üçün üç LNG tankeri arasında yükdaşıma əməliyyatı həyata keçirilib.

Avqustun sonunda iyul ayında hücuma məruz qalan "GasLog Shanghai" tankeri sahillərində yükünü "GasLog Savannah" tankerinə ötürüb.

Avqustun ortalarında isə Hörmüz boğazı yaxınlığında hücuma məruz qalan "Al Rekayyat" tankeri BƏƏ-nin şərq sahillərində yükünü Hindistana göndərilmək üçün "Tembek" tankerinə boşaldıb.

Üçüncü tanker "Mraweh" isə Yaponiyaya yola düşməzdən əvvəl Oman sahillərində yükünü "Enugu" tankerindən qəbul edib.

LNG-nin “gəmidən-gəmiyə” üsulu ilə daşınması nadir hallarda tətbiq olunur. Lakin Hörmüz boğazından keçən gəmiçilik faktiki olaraq bloklandığından Asiyada LNG qiymətləri son beş ayın ən yüksək səviyyəsinə yüksəlib.

Hörmüz boğazı qlobal daşımaları üçün əsas marşrutlardan biri hesab olunur və onun ətrafında təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsi beynəlxalq enerji bazarlarında ciddi narahatlıq yaradıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…