"Qətər Hörmüz boğazından yan keçən qaz kəmərlərinin tikintisini həyata keçirməyəcək, çünki bu, iqtisadi cəhətdən məqsədəuyğun deyil".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri ölkənin energetika naziri Səəd əl-Kaabi bildirib.
"Biz kommersiya və texniki meyarlara əsaslanaraq, qaz kəmərlərini alternativ kimi nəzərdən keçirməmək qərarına gəldik", - nazir qeyd edib.
Səəd əl-Kaabi xatırladıb ki, Qətər onsuz da mayeləşdirilmiş təbii qaz (LNG) ixrac edir:
"Boru kəmərləri variantı seçilsəydi, əvvəlcə qazı qaz halında nəql etmək, daha sonra isə yerləşdiyi yerdən asılı olmayaraq, qəbuledici terminallarda yenidən mayeləşdirmək tələb olunardı.
Bu, Qətərdəki "North Field" yatağının genişləndirilməsi layihəsi çərçivəsində onsuz da tikilməkdə olan obyektlərin təkrar yaradılması demək olardı. İqtisadi nöqteyi-nəzərdən bunun heç bir mənası yoxdur", - nazir əlavə edib.