Əsas məzmuna keç

Oman İranın hücumlarını qınadı

Oman İranın hücumlarını qınadı

Məskət rəsmi Tehranın Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-nin enerji infrastrukturuna zərbələrinə etiraz edib. Xameneinin ölümü ilə kəskinləşən böhranın detalları...

ru en

Oman dövləti İranın Fars körfəzi ölkələrində, xüsusilə , BƏƏ-dəki qlobal obyektlərinə etdiyi son hücumları sərt şəkildə qınayıb.

Bu barədə məlumatı “Operativ Məlumat Mərkəzi-OMM” Omanın informasiya agentliyinə istinadən xəbər verir.

Rəsmi bəyanatda qeyd olunur: "Oman qanunlara və normalara riayət edilməsinin zəruriliyini, mülki obyektlərə və qlobal enerji infrastrukturu obyektlərinə zərbələrin endirilməsinin yolverilməzliyini təsdiqləyir. Həmçinin, öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün qanuni tədbirlər görən bu dövlətlərlə həmrəy olduğunu bildirir".

Qeyd edək ki, ötən gün ABŞİsrail qoşunları İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xarq adasına, eləcə də dünyanın ən böyük qaz yatağı olan "Cənubi Pars" obyektlərinə zərbələr endiriblər. Xatırladaq ki, ABŞİsrail 28 fevral tarixində İrana qarşı əməliyyata başlayıb və nəticədə İranın ali lideri ayətullah Əli Xamenei daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər ölüb. Buna cavab olaraq İran hazırda İsrailə, eləcə də ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraqKiprdəki obyektlərə zərbələr endirir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…