Əsas məzmuna keç

İran ABŞ müttəfiqlərini enerji ilə hədələyir

İran ABŞ müttəfiqlərini enerji ilə hədələyir

Tehran İsrailin "Cənubi Pars" zərbəsinə cavab olaraq Səudiyyə Ərəbistanı, BƏƏ və Küveytin neft-qaz sistemini tamamilə sıradan çıxaracağını anons etdi. Gərginlik artır.

ru en

İran təkrar hücumlar olacağı təqdirdə, Yaxın Şərqdə ABŞ-nin müttəfiqi olan ölkələrin infrastrukturunu tamamilə məhv etməyə hazır olduğunu bəyan edib.

İran ABŞ müttəfiqlərini niyə hədəf alır?

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Sky News" İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi komandanlıq qərargahının nümayəndəsi Ebrahim Zülfüqariyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, İsrailin İranın " " qaz yatağına zərbə endirməsi ciddi səhv olub.

"Əgər İranın enerji obyektləri yenidən hədəfə alınarsa, sizin və müttəfiqlərinizin enerji infrastrukturuna növbəti hücumlar onlar tamamilə məhv edilənə qədər dayanmayacaq. Bizim cavabımız dünənki hücumlardan qat-qat sərt olacaq", - o deyib.

Gərginliyin əsl səbəbi: Martın 18-də nə baş verib?

Qeyd edək ki, martın 18-də və İsrail qoşunları İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xarq adasına, eləcə də hazırda dünyanın ən böyük qaz yatağı olan "Cənubi Pars" qaz yatağının obyektlərinə zərbələr endirib.

Buna cavab olaraq dünən axşam İran qonşu Qətərdəki əsas enerji obyektinə hücum edib. Bu gün səhər isə İsrailin qaz yataqlarına hücumuna cavab olaraq BƏƏ, KüveytSəudiyyə Ərəbistanına da zərbələr endirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…