Keçmiş UFC çempionu Həmzət Çimayev sərbəst güləş üzrə müntəzəm yarışmağa hazır olduğunu bildirib. O, noyabrın 14-də Əbu-Dabidə keçiriləcək RAF turnirində Kolbi Kovinqtonla qarşılaşacaq.
Çimayev MMA Junkie-yə müsahibəsində Kovinqtonun çox danışdığını, lakin indiyədək onunla güləşmədiyini deyib. O, rəqibinin özünə qarşı şansının olmadığını və özünün daha yaxşı olduğunu bildirib. Çimayevin sözlərinə görə, Kovinqton pul qazanmaq üçün son fürsəti olduğuna görə danışır.
“Mən istənilən rəqiblə güləşməyə hazıram. Aktiv olmaq istəyirəm və hər həftə, istər Kinq Konqla, istərsə də Brok Lesnarla güləşə bilərəm. Məqsədim ən yaxşı olmaq və bunu insanlara sübut etməkdir”, – deyə Çimayev bildirib.
O, Kovinqtondan çempionluq kəmərini alacağını və daha iri rəqiblərlə güləşəcəyini də söyləyib.