Azərbaycan gimnastı Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında finala vəsiqə qazanıb.
Batut gimnastikası üzrə fərdi proqramda çıxış edən Mahsudova təsnifat mərhələsində 56.140 xal toplayaraq altıncı yeri tutub.
Noyabrın 4-də başlayan dünya çempionatı ayın 8-dək davam edəcək.