Əsas məzmuna keç

Premyer Liqada XI turun növbəti oyunları bu gün keçiriləcək

Premyer Liqada XI turun növbəti oyunları bu gün keçiriləcək

Bu gün Misli Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək. Günün ilk qarşılaşmasında autsayder komandalar üz-üzə gələcəklər. "SOCAR Polymer...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Bu gün Misli Premyer Liqasında XI turun daha iki oyunu keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, günün ilk qarşılaşmasında autsayder komandalar üz-üzə gələcəklər.

"SOCAR Polymer Arena"da "" - "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Cari mövsüm Premyer Liqada qələbəsi olmayan kollektivi bu görüşdə ilk qalibiyyətini almağa çalışacaq. Paytaxt təmsilçisi isə turnir cədvəlindəki ən yaxın izləyicisini məğlub edərək mövqeyini bir qədər də yaxşılaşdırmağı planlaşdırır.

Sözügedən qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Günün digər matçında isə "" və "Qəbələ" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Oyun Zirə İdman Kompleksinin stadionunda, saat 18:30-da başlayacaq.

"Zirə" 16 xalla turnir cədvəlinin altıncı sırasında qərarlaşıb. 8 xalı olan "Qəbələ" onuncudur. 4 xala malik "Şəfa" onbirinci, 3 xalla "Araz-Naxçıvan" isə sonuncu - onikinci pillədə yer alıb.

Misli Premyer Liqası

I dövrə XI tur

7 noyabr

16:00. "Şəfa" – “Araz-Naxçıvan”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Elçin Məsiyev.

VAR: Emin .

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

“SOCAR Polymer Arena”

18:30. "Zirə" – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rauf Cabarov.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Seymur Səlimli.

Zirə İdman Kompleksinin stadionu

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" ""ı, "Neftçi" isə "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…