Azərbaycanlı MMA döyüşçüsü Əli Ataşov Tbilisidə keçirilən 2026-cı il IMMAF Dünya çempionatının bürünc medalını qazanıb.
Gənclər arasında 88,4 kq çəki dərəcəsində çıxış edən Ataşov ilk mərhələlərdə ardıcıl qələbələr əldə edib. O, 1/8 finalda Özbəkistan təmsilçisi Akmal Şakirovu məğlub edərək yarımfinala yüksəlib.
Yarımfinalda məğlub olub
Azərbaycanlı idmançı yarımfinalda digər Özbəkistan təmsilçisi Doniyor Kuvandikovla qarşılaşıb və məğlub olub. IMMAF-ın reqlamentinə əsasən, yarımfinalda uduzan hər iki idmançı əlavə üçüncü yer görüşü keçirilmədən bürünc medal qazanır.
Dünya çempionatı noyabrın 1-dən 7-dək davam edir. Yarışda 60-dan çox ölkədən 880-dən artıq idmançı iştirak edir. Azərbaycan millisi turnirdə yeddi idmançı ilə təmsil olunur: Ələkbər Mahmudov, Qabil Əlizadə, Saleh Cəfərov, İsmət Bədəlov, Həsən Məhəmmədqazı, Əli Ataşov və Elmir Allahverdiyev. Komandaya MMA Federasiyasının prezidenti Rövşən Həsənov rəhbərlik edir.
Kontekst
Noyabrın 1-də Tbilisidə MMA üzrə dünya çempionatı start götürüb. Həmin vaxt yarışda 60-dan çox ölkədən 820-dən artıq idmançının iştirakı gözlənilirdi.