CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda “DH Volley” Danimarkanın “Holte IF” klubunu 3:0 hesabı ilə məğlub edib.
“DH Volley”in voleybolçusu Polina Rəhimova qarşılaşmadan sonra oyunun komanda üçün çətin keçdiyini bildirib. O, servis və qəbul zamanı çoxlu səhvlərə yol verdiklərini, lakin sona qədər mübarizə apararaq qələbə qazandıqlarını deyib.
Rəhimovanın sözlərinə görə, növbəti mərhələdə onları Polşa komandası gözləyir. Hücumçu rəqibin daha güclü olduğunu vurğulayıb, amma öz komandalarının da zəif olmadığını qeyd edib. O, növbəti rəqibə qarşı fərqli taktika ilə oynamağın vacibliyini bildirib və bu oyunda yol verilən səhvləri aradan qaldırmaq üçün məşqlərdə daha çox çalışacaqlarını deyib.
Voleybolçu azarkeşlərə dəstəklərinə görə təşəkkür edib və onları qarşıdakı oyunlarda da komandaya dəstək olmağa dəvət edib.