Portuqaliyalı futbolçu Kriştiano Ronaldu milli komanda karyerasını başa vurduğunu açıqlayıb. 41 yaşlı hücumçu Lionel Messi və Neymarın ardından milli komanda ilə vidalaşan ulduz futbolçular sırasına qoşulub. Hər üç oyunçu klub karyerasını davam etdirir: Messi “İnter Mayami”də, Ronaldu “Əl-Nəsr”də, Neymar isə “Santos”da çıxış edir.
Ronaldu Portuqaliya millisində 234 matçda 146 qol vurub. O, milli komandalar səviyyəsində ən çox oyun keçirən və ən çox qol vuran kişi futbolçu rekordlarını saxlayır. Futbolçu Portuqaliya ilə 2016-cı ildə Avropa çempionu, iki dəfə isə UEFA Millətlər Liqasının qalibi olub. Altı dünya çempionatında 27 oyuna çıxan Ronaldu 11 qol vurub.
Messi Argentina millisində 208 matçda 126 qol vuraraq altı kubok qazanıb. O, 2022-ci ildə dünya çempionu olub, 2026-cı il mundialında isə Argentina ilə finala yüksəlib. Messi dünya çempionatlarında 34 oyunla ən çox meydana çıxan futbolçudur.
Neymar Braziliya millisində 130 oyunda 80 qol vurub. O, 2026-cı il dünya çempionatının 1/8 finalında Norveçə 1:2 hesablı məğlubiyyətdən sonra milli komandanı tərk etdiyini açıqlayıb. Neymarın “Santos”la müqaviləsi 2026-cı ilin dekabrınadək qüvvədədir.