Fransa millisinin sabiq hücumçusu Tyerri Anri Kriştiano Ronaldu ətrafında yaranan qalmaqalla bağlı fikirlərini bölüşüb. O, hadisənin iştirakçısı olmadığını və problemin həllinin tərəflərin öz öhdəsinə düşdüyünü bildirib.
Anri Ronaldunun bütün karyerasına bu vəziyyətə görə qiymət verməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, portuqaliyalı futbolçu haqqında düşünəndə qalmaqalı xatırlamayacaq və Ronaldunun futbol üçün etdikləri inanılmazdır.
Fransalı keçmiş oyunçu Ronaldunun futbola bağlılığını, rekordlara və ən yaxşı olmağa can atmasını, eləcə də fiziki formasını yüksək qiymətləndirib. Anri bu bağlılıq olmasaydı, futbol azarkeşlərinin Ronaldunu tanımayacağını deyib. O, Kriştiano ilə yanaşı Lionel Messiyə və zirvədə qalmağı bacaran digər futbolçulara da böyük hörmət bəslədiyini qeyd edib.
Xatırladaq ki, Danimarka ilə Millətlər Liqası oyunu ərəfəsində Ronaldunun Portuqaliya millisinin düşərgəsini tərk etdiyi bildirilmişdi. Məlumatda bunun baş məşqçi Jorje Jezuşla münaqişə səbəbindən baş verdiyi və futbolçunun millidəki karyerasını başa vurduğu iddia olunmuşdu.