Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununa çıxacaq.
Bakı təmsilçisi Danimarkanın “Holte IF” komandası ilə üz-üzə gələcək. Holte şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda təşkil olunacaq.