Əsas məzmuna keç

Azərbaycanın yeddi MMA döyüşçüsü Tbilisidə dünya çempionatında yarışacaq

Azərbaycanın yeddi MMA döyüşçüsü Tbilisidə dünya çempionatında yarışacaq
— Foto: idman.biz

Qarışıq döyüş növləri üzrə dünya çempionatı noyabrın 1-dən 7-dək Gürcüstanın paytaxtında keçiriləcək. Azərbaycan millisini yarışda yeddi idmançı təmsil edəcək.

en ru

Bu gün Tbilisidə qarışıq döyüş növləri (MMA) üzrə dünya çempionatı start götürəcək. Beynəlxalq Qarışıq Döyüş Növləri Federasiyasının (IMMAF) himayəsi altında keçirilən yarış noyabrın 1-dən 7-dək davam edəcək.

Çempionatda 60-dan çox ölkədən 820-dən artıq idmançının iştirakı gözlənilir. Kişilər və qadınlar müxtəlif çəki dərəcələrində mübarizə aparacaqlar.

Yarışın ilk günündə komandaların qeydiyyatı, qaydalarla bağlı təlimatlandırma və püşkatma keçiriləcək. Döyüşlər noyabrın 2-də başlayacaq. Noyabrın 3-də 1/16 final, 4-də 1/4 final, 5-də isə yarımfinal qarşılaşmaları olacaq.

18-20 yaşlı idmançıların final döyüşləri noyabrın 6-da, böyüklərin finalları isə 7-də keçiriləcək. millisi MMA Federasiyasının prezidenti Rövşən Həsənovun rəhbərliyi altında çıxış edəcək. Komandanın heyətində Ələkbər Mahmudov, Qabil Əlizadə, Saleh Cəfərov, İsmət Bədəlov, Həsən Məhəmmədqazı, Əli Ataşov və Elmir Allahverdiyev yer alıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…