Əsas məzmuna keç

İbrahim Talıbov Dakar-2026-da bu gün mübarizəyə başlayır

İbrahim Talıbov Dakar-2026-da bu gün mübarizəyə başlayır
— Foto: idman.biz

Azərbaycan cüdoçusu 55 kq çəki dərəcəsində çıxış edəcək. Təsnifat görüşləri Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

en ru

cüdo millisinin üzvü İbrahim Talıbov Seneqalda keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında bu gün tatamiyə çıxacaq. O, Dakar-2026-da 55 kq çəki dərəcəsində mübarizə aparır.

Talıbov ilk görüşündə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussa ilə Əfqanıstan təmsilçisi Cahan Zib Tarinin qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Yarış gününün təsnifat görüşləri vaxtı ilə saat 14:00-da başlayacaq. Medalların sahibləri isə saat 20:00-da start götürəcək final blokunda müəyyənləşəcək.

Dakar-2026 oktyabrın 31-də başlayıb və noyabrın 13-dək davam edəcək. Oyunlarda Azərbaycanı səkkiz idman növündə 13 idmançı təmsil edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…