Adil Kazımlı və Zəha İsayeva Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında taekvondo üzrə mübarizə aparacaqlar.
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev idmançılar və onların məşqçiləri ilə görüşüblər. Görüşdə yarış ərəfəsində hazırlıq prosesi və məşqlərin gedişatı müzakirə olunub.
Məşqçilər heyəti komandanın hazırlıq vəziyyəti barədə məlumat verib. Federasiya rəsmiləri idmançılara qarşıdakı yarışlarda uğurlar arzulayıb, onların Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edəcəklərinə və yüksək nəticələr uğrunda mübarizə aparacaqlarına əminliklərini ifadə ediblər.
Taekvondo yarışları noyabrın 8-dən 12-dək keçiriləcək. Azərbaycan millisi noyabrın 5-də Dakar şəhərinə yola düşəcək.