Əsas məzmuna keç

Paytaxtın Nizami rayonunda yanğın olub

Paytaxtın Nizami rayonunda yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməsi barədə məlumat daxil...

en ru

Fövqəladə Hallar Nazirliyinin () “112” qaynar telefon xəttinə paytaxtın rayonu, Davud Aslan küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində və materiallar yığılmış sahədə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 1800kv.m. sahəyə yığılmış plastik və taxta materiallar 500 kvadratmetr sahədə yanıb.

Materialların qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…