Əsas məzmuna keç

Bilgəhdə dənizdə bir nəfər batıb

Bilgəhdə dənizdə bir nəfər batıb

Sabunçu rayonunun nəzarətsiz çimərlik ərazisində 2001-ci il təvəllüdlü Nizami Kərimovun axtarışlarına FHN-in dalğıc-xilasediciləri cəlb edilib.

ru en

Fövqəladə Hallar Nazirliyinin “112" xəttinə Bakı şəhəri, Sabunçu rayonu, qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2001-ci il təvəllüdlü Kərimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…