Əsas məzmuna keç

Qeyri-çimərlik ərazilərdə şok statistika: 40 ölüm faktı

Qeyri-çimərlik ərazilərdə şok statistika: 40 ölüm faktı

FHN-in statistikasına əsasən, qadağan olunmuş zonalarda boğulanların sayı artıb. Dalğıc-xilasedicilər 55 nəfəri xilas etsə də, təhlükəli yerlər can almaqda davam edir.

ru en

Bu il Azərbaycanda mövsümü başlayandan (iyunun 15-dən) qeyri-çimərlik ərazilərdə batan 40 nəfərin meyiti aşkarlanıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Fövqəladə Hallar Nazirliyindən () məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə mövsüm başlayandan bu günə kimi faktı alınmayıb.

Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.

Bundan başqa, nəzarətsiz qeyri-çimərlik ərazilərində suda batan 40 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

"Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır", - məlumatda qeyd olunub.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…