Əsas məzmuna keç

"Sabah" və "Zirə" Premyer Liqada bu gün qarşılaşır

"Sabah" və "Zirə" Premyer Liqada bu gün qarşılaşır

Azərbaycan Premyer Liqasının növbəti turunda Masazır təmsilçisi rəqibini qəbul edir. Murad Musayevin komandası turnir cədvəlindəki vəziyyəti dəyişəcəkmi?

en ru

Bu gün Misli Premyer Liqasında IV turun daha iki oyunu keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, əvvəlcə son ölkə çempionu "Sabah" Premyer Liqanın hazırkı lideri "" ilə qarşılaşacaq.

Cari mövsüm məğlub olmayan komandaların dueli " Respublika "da, saat 18:30-da start götürəcək.

Günün ikinci qarşılaşmasında isə "Neftçi" debütant ""nı sınağa çəkəcək. Hər iki kollektiv ötən tur minimal hesablı məğlubiyyətin acısını yaşayıblar.

Saat 20:30-da başlayacaq matç "Palms Sports Arena"da təşkil olunacaq.

Bu gün meydana çıxacaq komandalardan "Zirə" 9 xalla turnir cədvəlinə başçılıq edir. 6 xalı olan "Neftçi" ikinci, eyni xala malik "Sabah" dördüncüdür. "Şəfa" isə 3 xalla doqquzuncu sırada qərarlaşıb.

Misli Premyer Liqası

I dövrə, IV tur

5 sentyabr

18:30. "Sabah" – "Zirə"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli .

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Zöhrab Qədiyev.

"Bank Respublika Arena"

20:30. "Neftçi" – "Şəfa"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeylanov, Akif Əmirəli, Elvin Bayramov.

VAR: Fərid Hacıyev.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Babək Quliyev.

"Palms Sports Arena"

Qeyd edək ki, turun ötən gün baş tutan oyunlarında "Qəbələ" "İmişli"ni (2:1), "Şamaxı" isə "Kəpəz"i (4:1) məğlub edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…