La Liqanın 12-ci turunda “Real Madrid” səfərdə “Valensiya” ilə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
Federiko Valverde 28-ci dəqiqədə hesabı açıb. Arda Gülər 36-cı dəqiqədə fərqi iki topa çatdırıb. Kiliyan Mbappe 75-ci dəqiqədə “Real Madrid”in üçüncü qolunu vurub.
“Valensiya”nın futbolçusu Xose Qaya 79-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Oyunda başqa qol vurulmayıb.
Arda Gülər qarşılaşmanın oyunçusu seçilib. 21 yaşlı Türkiyə təmsilçisi La Liqanın bu mövsüm keçirilən ilk 12 turunda üçüncü qolunu vurub.
Qələbədən sonra “Real Madrid” xallarını 30-a çatdırıb. “Valensiya”nın hesabında 9 xal var. Bu turda matçını sabah keçirəcək “Barselona” da 30 xalla turnir cədvəlinə başçılıq edir.