Portuqaliya millisinin sosial şəbəkə X-dəki rəsmi hesabı Kriştiano Ronaldunu “bütün zamanların Qızıl topu”na görə təbrik edib.
Paylaşımda “2008-ci ildən və əbədi. Bütün zamanların ‘Qızıl top’u portuqaliyalıdır. Təbriklər, kapitan!” sözləri yer alıb.
Ronaldunun 2008-ci ildə qazandığı “Qızıl top” France Football nəşrinin saytında keçirilən azarkeş səsverməsində tarixdə ən yaxşı mükafat seçilib.
Qeyd edək ki, Ronaldo daha əvvəl baş məşqçi Jorji Jezuşla münaqişədən sonra milli komandanın düşərgəsini özbaşına tərk etdiyinə görə yığmanın oyunlarında iştirakdan 30 gün müddətinə kənarlaşdırılıb və 255 avro cərimələnib.