“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldu “Bütün dövrlərin Qızıl topu” reytinqinin qalibi olub. Bu barədə mükafatın rəsmi saytında məlumat verilib.
Reytinqdə birinci yeri Ronaldunun 2008-ci ildə qazandığı “Qızıl top” tutub. O, səsvermədə “Barselona”nın futbolçusu Lionel Messinin və “Liverpul”un oyunçusu Fernando Torresin mükafatlarını qabaqlayıb.
Nominasiyada “Qızıl top”u bir neçə dəfə qazanan futbolçular yer alıb. Siyahıda Lionel Messi (8), Kriştiano Ronaldu (5), Yohan Kroyff (3), Mişel Platini (3), Marko van Basten (3), Alfredo Di Stefano (2), Frans Bekkenbauer (2), Kevin Kiqan (2), Karl-Haynts Rummenigge (2) və Ronaldo (2) olub.
Təşkilatçılar qalibin müəyyənləşdirilməsində əsas meyarın futbolçunun qazandığı “Qızıl top”ların ümumi sayı deyil, mükafata layiq görüldüyü mövsümün karyerasındakı xüsusi yeri olduğunu bildiriblər. Qalibi azarkeşlər qlobal ödənişli onlayn səsvermədə seçiblər. Bir səsin qiyməti 1 avro olub.