Argentina yığması yoldaşlıq görüşündə Benin komandasını 3:0 hesabı ilə məğlub edib. Lionel Messi bu matçda fərqlənərək milli komandadakı qollarının sayını 126-ya yüksəldib.
Argentina hesabı 48-ci dəqiqədə Nikolas Otamendinin qolu ilə açıb. 61-ci dəqiqədə Niko Pas fərqi artırıb, Messi isə 71-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək yekun nəticəni müəyyənləşdirib. Messi görüşdə Otamendi və Pasın qollarına da məhsuldar ötürmə verib.
39 yaşlı hücumçunun Argentina millisində 208 oyunda 126 qolu və 70 məhsuldar ötürməsi var. Argentina yığmasında bu, Messinin vida matçı olub.
Millilər arasında ən çox qol vuran futbolçu isə Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu olaraq qalır. 41 yaşlı futbolçu yığmanın heyətində keçirdiyi 234 matçda 146 qol vurub.
Messi Argentina millisindən ayrılmaq qərarını ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatından sonra verib. O, qərarını sosial şəbəkələrdə yayımladığı məktubla açıqlayıb.