Argentina millisi Benin yığmasını yoldaşlıq oyununda 3:0 hesabı ilə məğlub edib. Görüş Lionel Messinin Argentina millisindəki vida matçı olub.
Argentina hesabı 48-ci dəqiqədə Nikolas Otamendinin qolu ilə açıb. Niko Pas 61-ci dəqiqədə fərqi artırıb, Messi isə 71-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Messi Otamendi və Pasın qollarında məhsuldar ötürmə müəllifi də olub.
Klub və milli komandaların heyətində vurduğu qollar nəzərə alınmaqla, 39 yaşlı argentinalı hücumçunun karyerasında bu, 932-ci qol olub. Messi buna 1178-ci oyununda nail gəlib.
41 yaşlı Kriştiano Ronaldu karyerası ərzində 1338 matçda 979 qol vurub. Messi Argentina millisindən ayrılmaq qərarını 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatından sonra sosial şəbəkələrdə yayımladığı məktubda açıqlayıb.