“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyevin formasını geyindiyi Özbəkistan millisi Rusiya ilə yoldaşlıq görüşündə iki topluq üstünlüyü qoruya bilməyib. Noyabrın 12-də Daşkənddəki “Paxtakor” stadionunda keçirilən qarşılaşma Rusiyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Ev sahibləri Viktor Melyoxinin avtoqolu və Kərimovun vurduğu qolla hesabda 2:0 önə keçiblər. Rusiya millisi ikinci hissədə ardıcıl üç qol vuraraq oyunun nəticəsini dəyişib.
Nikolay Komliçenko dubl edib, Aleksey Mirançuk isə qələbə qolunu vurub. Raxmonaliyev 89-cu dəqiqədə Şerzod Esanovu əvəzləyib. “Sabah”ın futbolçusu meydana çıxanda qarşılaşmanın bütün qolları artıq vurulmuşdu.