Azərbaycan komandası Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının medal sıralamasında yeddinci pilləyə yüksəlib. Yarışların doqquzuncu gününü iki qızıl medalla başa vuran idmançılarımız əvvəlki günlə müqayisədə 15 pillə irəliləyiblər.
Azərbaycanın aktivində üç qızıl və bir gümüş medal var. Medal sıralamasında ilk üçlük dəyişməyib: Çin 11 qızıl, dörd gümüş və iki bürünc medalla liderdir. Yaponiya doqquz qızıl, üç gümüş və dörd bürünc medalla ikinci, Rusiya altı qızıl və dörd gümüş medalla üçüncüdür.
Misir beş qızıl, bir gümüş və iki bürünc medalla dördüncü, Fransa isə üç qızıl, üç gümüş və iki bürünc medalla beşinci yerdə qərarlaşıb.
Azərbaycanın medalçıları
Qızıl medalları cüdoçu İbrahim Talıbov (55 kq), çimərlik güləşçiləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qazanıblar. Digər çimərlik güləşçisi Nihad Süleymanlı (80 kq) gümüş medal əldə edib.
Dakar-2026-da ümumilikdə 75 ölkənin idmançıları medal qazanıb. Onlardan 39-u ən azı bir qızıl medal əldə edib. Oyunlar noyabrın 13-də başa çatacaq.
Kontekst
Noyabrın 2-də İbrahim Talıbov Dakar-2026-da Azərbaycanın ilk qızıl medalını qazanıb.