İspaniya La Liqasının 12-ci turunda “Vilyarreal” “Xetafe”ni 2:0 hesabı ilə məğlub edib. Noyabrın 8-də “Keramika” stadionunda keçirilən görüşün baş hakimi Karlos Munis olub.
Hesabı 80-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Teycon Byukenen açıb. Karlos Romero 90+1-ci dəqiqədə “Vilyarreal”ın ikinci qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib.
12 oyundan sonra “Vilyarreal”ın 15 xalı var və komanda turnir cədvəlində doqquzuncu yerdədir. “Xetafe” 12 xalla 15-ci pillədə qərarlaşıb.
Növbəti matçlarını komandalar noyabrın 22-də keçirəcəklər. “Vilyarreal” səfərdə “Barselona” ilə, “Xetafe” isə öz meydanında “Atletiko Madrid”lə qarşılaşacaq.