“Sabah”ın sabiq kapitanı Filip İvanoviç komandasının “Vikinq”lə oyunda yaxşı ilk hissə keçirdiyini deyib. Hazırda Özbəkistanın “Soqdiana” klubunda çıxış edən futbolçu bu barədə sportal.az-a açıqlamasında danışıb.
İvanoviçin sözlərinə görə, “Sabah” süni örtüklü meydana tez uyğunlaşıb və erkən qolla hesabı açıb. O bildirib ki, hesab 0:1 olduqdan sonra əks-hücumlar üçün geniş imkanlar yaranıb. Futbolçu hesab edir ki, “Sabah” sürətindən və hücuma sürətli keçid imkanlarından daha yaxşı yararlansaydı, komandanın məğlubiyyətindən danışmaq lazım gəlməzdi.
İvanoviç “Sabah”ın “Barselona” ilə oyunu barədə də fikirlərini bölüşüb. O, bu qarşılaşmanı komandanın hər bir futbolçusu üçün xəyalın gerçəkləşməsi kimi dəyərləndirib və oyunçuların matça rahat çıxaraq bu təcrübədən zövq almalarını tövsiyə edib. Bununla yanaşı, onların layiqli mübarizə aparmalı olduğunu vurğulayıb.
“Barselona”dakı məşhur adlardan çəkinmək lazım deyil. Əksinə, cəsarət, əzmkarlıq və döyüşkən ruh nümayiş etdirmək lazımdır. Nəticə necə olursa-olsun, heç kim onların göstərdiyi səyi və meydanda var gücləri ilə mübarizə aparmağın qürurunu əllərindən ala bilməz”, – İvanoviç bildirib.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasındakı son oyununda “Vikinq”ə 4:1 hesabı ilə uduzub. Komanda turnir cədvəlində hazırda 31-ci pillədədir.