Əsas məzmuna keç

Azərbaycan gimnastları dünya çempionatını 3 medalla başa vurub

Azərbaycan gimnastları dünya çempionatını 3 medalla başa vurub
— Foto: idman.biz

Azərbaycan millisi Nankində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında bir qızıl və iki gümüş medal qazanıb. Tamblinq üzrə komanda yarışı və qarışıq sinxron proqramda çempionatda ilkə imza atılıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Çinin Nankin şəhərində noyabrın 4-dən 8-dək keçirilən 39-cu dünya çempionatında altı qitədən 367 gimnast iştirak edib. Yarışda 16 dünya çempionluğu uğrunda mübarizə aparılıb.

Tamblinqdə qızıl və gümüş

Mixail Malkin, Tofiq , Adil Hacızadə və Aleksey Karataşovdan ibarət komanda təsnifatı lider bitirib. Finalda 25 xal toplayan millisi Danimarkanı bir, ABŞ-ni beş xal qabaqlayaraq qızıl medal qazanıb. Azərbaycan yığması 2023 və 2025-ci illərdən sonra üçüncü dəfə tamblinq üzrə komanda yarışında dünya çempionu olub.

Fərdi tamblinqdə Tofiq Əliyev finalda 29,700 xal toplayaraq gümüş medal əldə edib. Bu, onun fərdi proqramda dünya çempionatlarında qazandığı ilk gümüşdür. Portuqaliyalı Vasko Peso qızıl, təmsilçisi Keyden Braun bürünc medal qazanıb.

Mixail Malkin 1/8 finalda mübarizəni dayandırıb. Aleksey Karataşov ilk təsnifatda 54,400 xalla 11-ci olub, ikinci təsnifatda isə 26,800 xalla 13-cü yeri tutub. Adil Hacızadə ilk təsnifatda 52,900 xalla 19-cu olub. Karataşov və Hüseyn Abbasov böyüklər arasında dünya çempionatında ilk dəfə iştirak ediblər.

Batut gimnastikasında gümüş

Qarışıq sinxron proqramın finalında bacı-qardaş Selcan və Maqsud Mahsudov 52,010 xal toplayaraq gümüş medal qazanıblar. Bu, Azərbaycan gimnastikası tarixində həmin proqram üzrə dünya çempionatlarında əldə edilən ilk gümüş medaldır. Belarus gimnastları qızıl, Yaponiya təmsilçiləri bürünc medal əldə ediblər.

Selcan Mahsudova fərdi batutun yarımfinalında 56,140 xalla altıncı olub və finala yüksəlib. O, bu mərhələdə Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Brioni Peycini altı pillə qabaqlayıb. Noyabrın 8-də keçirilən finalda 56,580 xal toplayaraq altıncı yeri tutub.

Kişilərin fərdi batut proqramında Maqsud Mahsudov yarımfinalı 37,850 xalla 20-ci sırada başa vurub. Maqsud Mahsudov və Hüseyn Abbasovun sinxron cütlüyü ilk təsnifatda 50,900 xal toplayaraq növbəti mərhələyə keçib, orada 15-ci olub. Azərbaycan gimnastlarının üç medallıq nəticəsi 8 Noyabr – Zəfər Günü ərəfəsinə və bayram gününə təsadüf edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…