Əsas məzmuna keç

Norveçdən Trampa: Nobel Komitəsi müstəqil qurumdur

Norveçdən Trampa: Nobel Komitəsi müstəqil qurumdur

Eide bildirib ki, Nobel Komitəsinin müstəqil olduğu Trampa xatırladılıb və vəziyyət dəyişməyib. Donald Tramp Nobel Sülh Mükafatının ona verilməməsinə görə Norveçə münasibətini sərt ifadələrlə açıqlayıb.

en ru

Norveçin naziri Espen Bart Eide (Espen Barth Eide) ABŞ Prezidenti Trampın Miçiqan ştatındakı seçki mitinqində Kralığına ünvanladığı sərt tənqidi ifadələrə və Nobel Sülh Mükafatı ilə bağlı iddialarına cavab verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Norveçin NRK telekanalına müsahibə verən xarici işlər naziri Nobel Komitəsinin rəsmi Oslo rəhbərliyindən və hökumətindən tamamilə müstəqil fəaliyyət göstərdiyini növbəti dəfə bəyan edib.

E.Eide ABŞ dövlət başçısının narazılığına cavab olaraq bildirib:

“ABŞ Prezidenti Nobel Komitəsinin hökumətdən müstəqil bir qurum olduğunu çox yaxşı bilir. Məsələ ilə maraqlananlar üçün qeyd edək ki, biz bu hüquqi və institusional mexanizmi onun diqqətinə dəfələrlə çatdırmışıq. Hazırda da hüquqi vəziyyət dəyişməyib və komitə öz qərarlarını müstəqil şəkildə qəbul edir”.

Xatırladaq ki, ABŞ Prezidenti Miçiqandakı seçki mitinqində çıxış edərkən Nobel Sülh Mükafatının ona verilməməsində Norveç tərəfini günahlandıraraq, Osloya qarşı sərt ifadələr işlətmişdi. əvvəlki çıxışlarında da bir çox hərbi münaqişələrin həllində vasitəçilik etdiyini iddia edərək Nobel Sülh Mükafatına layiq olduğunu bildirmiş, eyni zamanda İskandinaviya ölkələrindən ABŞ-yə miqrasiya axınını sorğulayan ritorik bəyanatlarla çıxış etmişdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…