Əsas məzmuna keç

Navi Pillay “Nobel” sülh mükafatını Trampla bölüşməyi zarafatla təklif edib

Navi Pillay “Nobel” sülh mükafatını Trampla bölüşməyi zarafatla təklif edib

2026-cı il “Nobel” sülh mükafatına layiq görülən Navi Pillay Donald Trampın mükafata layiq olduğunu deməsinə zarafatla münasibət bildirib. Hüquqşünas mükafatı onunla bölüşə biləcəyini deyib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Cənubi Afrikadan olan tanınmış hüquqşünas və beynəlxalq hüquq müdafiəçisi Navi Pillay (Navanethem Pillay) 2026-cı il Nobel Mükafatına layiq görülməsi ilə bağlı təəssüratlarını bölüşərkən, ABŞ Prezidenti Trampın bu mükafata iddialı olması barədə suala zarafatla reaksiya verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Amnesty International” təşkilatının Aqnes Kallamarın (Agnès Callamard) "X" sosial şəbəkəsində paylaşdığı videoda N.Pillay:

“Bir az da bərk əl çalsanız, bu mükafatı Donald Trampla bölüşmək məcburiyyətində qalaram”, – deyə yumorla bildirib.

A.Kallamar qeyd edib ki, mükafat xəbərini öyrənərkən Pillay ilə birlikdə tarixi Nürnberq məhkəmələrinin keçirildiyi binada olublar və bu məkanı ədalət prinsipi üçün güclü rəmzi məna daşıyan amil kimi dəyərləndiriblər.

85 yaşlı hüquqşünas böyük nüfuz qazanmış Nobel mükafatı xəbərini insan hüquqları sahəsində çalışan həmkarlarının əhatəsində qarşılamasından məmnunluğunu ifadə edib. O, BMT çərçivəsində zolağı ilə bağlı hazırladığı hesabatı xatırladaraq, orada baş verənlərin hüquqi müstəvidə soyqırımı kimi tövsif edildiyini bəyan edib.

Məlumat üçün bildirək ki, N.Pillay 2021-ci ilin iyulundan 2025-ci ilədək BMT-nin İşğal Altındakı Fələstin Əraziləri üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyasına rəhbərlik edib. O, 2025-ci ilin oktyabrında sözügedən komissiyanın yekun rəyini BMT Baş Assambleyasının komitəsinə təqdim edərkən, dərin hüquqi təhlillərin İsrailin Qəzzada törətdiyi əməllərə görə birbaşa məsuliyyət daşıdığını ortaya qoyduğunu söyləmişdi.

Səsləndirilən hesabatla bağlı ona göstərilən reaksiyalardan söz açan Pillay: “Həqiqəti demək üçün xüsusi cəsarətə ehtiyac olmamalıdır. Biz yalnız qanunvericiliyi şərh edir və faktlara əsaslanırıq; bu, tamamilə qərəzsiz ədalət mühakiməsidir”, – deyə vurğulayıb. Hüquqşünas, həmçinin Qambiyanın Myanmaya qarşı Beynəlxalq Məhkəmədə qaldırdığı iddia üzrə xüsusi hakim qismində fəaliyyətini sürdürəcəyini diqqətə çatdırıb.

Navi Pillay beynəlxalq hüququn aliliyinin təmin olunması, insan hüquqlarının müdafiəsi və sülhün təşviqi istiqamətində çoxillik müstəsna xidmətlərinə görə 2026-cı il Nobel Sülh Mükafatına layiq görülüb.

Xatırladaq ki, Pakistan, İsrail və Kamboca müxtəlif regional münaqişələrin nizamlanmasındakı vasitəçilik rolu ilə əlaqədar ABŞ Prezidenti Donald Trampın namizədliyini bu mükafata irəli sürdüklərini bəyan etmişdilər. D. özü də dəfələrlə Nobel Sülh Mükafatına layiqli namizəd olduğunu bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…