Əsas məzmuna keç

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaları genişləndirir

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaları genişləndirir

ABŞ Prezidenti Donald Trampın administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaları genişləndirməyə hazırlaşdığı iddia olunur. Planın məhkəmənin dollarla əməliyyatlarını məhdudlaşdıracağı bildirilir.

en ru

ABŞ Prezidenti administrasiyası Cinayət Məhkəməsinə (BCM) qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyə hazırlaşır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti ABŞ rəsmilərinə və müvafiq sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, planlaşdırılan məhdudiyyətlər 6-7 aylıq keçid müddətindən sonra BCM ilə həyata keçirilən maliyyə əməliyyatlarının böyük hissəsinin qadağan olunmasını nəzərdə tutur. Sanksiyaların məhkəmənin ABŞ dolları ilə əməliyyatlar aparmasına mane olacağı, bununla da qurumun qlobal maliyyə sisteminə çıxışını kəsərək fəaliyyətini ciddi şəkildə iflic edə biləcəyi vurğulanır.

Yekun qərarın nə vaxt elan ediləcəyi hələlik dəqiqləşməsə də, Təşkilatının Baş Assambleyası çərçivəsində və ya yaxın günlərdə təsdiqlənə biləcəyi bildirilir.

Xatırladaq ki, Donald Tramp Qəzza zolağındakı hərbi əməliyyatlarla bağlı İsrailin və digər rəsmilər barəsində həbs qərarı çıxaran BCM-ni dəfələrlə kəskin tənqid edib. O, həmçinin ABŞ müttəfiqlərini məhkəmənin yurisdiksiyasından çıxmağa çağırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…