Əsas məzmuna keç

İsrail Trampın planına "yaşıl işıq" yandırdı - Qəzzaya beynəlxalq qüvvələr göndərilir

İsrail Trampın planına "yaşıl işıq" yandırdı - Qəzzaya beynəlxalq qüvvələr göndərilir

ABŞ Prezidenti Donald Trampın atəşkəs planı çərçivəsində Qəzzaya 200 nəfərlik beynəlxalq sülhməramlı kontingentin yerləşdirilməsi nəzərdə tutulur.

en ru

İsrail rəsmilərinin verdiyi məlumata görə, rəsmi Təl-Əviv ABŞ Prezidenti Trampın təklif etdiyi planı çərçivəsində zolağına beynəlxalq təhlükəsizlik qüvvələrinin daxil olmasına razılıq verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qərar İsrailin Binyamin Netanyahunun Vaşinqtona səfəri ərəfəsində qəbul edilib.

Bildirilib ki, "International Stabilization Force" (Beynəlxalq Sabitləşdirmə Qüvvələri) adlanan missiyanın tərkibində təxminən 200 nəfərin yer alacağı gözlənilir. Kontingentə Uqanda və Mərakeş kimi dost ölkələrin hərbçilərinin daxil olacağı, qüvvələrin isə yalnız İsrailin birbaşa nəzarətində olmayan ərazilərdə yerləşdiriləcəyi qeyd olunub.

Məlumata görə, hər bir ölkənin hərbi kontingenti Qəzzaya daxil olmaq üçün İsraildən xüsusi icazə almalıdır. Netanyahunun təhlükəsizlik kabineti bazar günü bu qüvvələrin bölgəyə girişi üçün hüquqi bazanı təsdiqləyib. Bununla belə, missiyanın konkret fəaliyyətə başlama tarixi hələ açıqlanmayıb.

Qeyd olunub ki, təşəbbüs Donald Trampın Qəzza ilə bağlı irəli sürdüyü daha geniş planın tərkib hissəsidir. Plan humanitar yardımın genişləndirilməsi, Fələstinli texnokratlar tərəfindən mülki idarəetmənin təşkili, HƏMAS-ın tərksilah edilməsi və İsrail ordusunun bölgədən çıxarılmasını nəzərdə tutur.

Lakin planın icrası ilə bağlı ciddi maneələrin olduğu bildirilir. Belə ki, Fələstinli texnokratlardan ibarət idarəetmə heyəti hələ də Qəzzadan kənarda fəaliyyət göstərir, tərksilah olmaqdan imtina edir, İsrail isə bölgədəki nəzarət zonasını genişləndirmək niyyətində olduğunu açıqlayır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…