Əsas məzmuna keç

Cared Kuşner İsraildə: Qəzzada yeni mərhələ müzakirə olunur

Cared Kuşner İsraildə: Qəzzada yeni mərhələ müzakirə olunur

ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşaviri Cared Kuşner Qəzzada sülh planının növbəti mərhələsini müzakirə etmək üçün İsrailə səfər edib.

en ru

ABŞ Prezidenti Donald Trampın müşaviri Qəzzada davam edən gərginliyin həlli və sülh planının növbəti mərhələsinə keçidlə bağlı müzakirələr aparmaq üçün İsrailə səfər edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Kuşner İsrailə səfərindən əvvəl Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, “HƏMAS” nümayəndələri və Qəzza üzrə Sülh Şurasının yüksək təmsilçisi Nikolay Mladenovla görüşüb.

Kuşnerin İsraildə Böyük Britaniyanın keçmiş Toni Bleyer və Nikolay Mladenovla birlikdə ilə görüşməsi gözlənilir.

Məlumata görə, görüşlərdə əsas müzakirə mövzuları Qəzzada hərbi əməliyyatların dayandırılması, “HƏMAS”ın tərksilah edilməsi və bunun müqabilində İsrail qüvvələrinin bölgədən geri çəkilməsi olacaq.

Tərəflərin 2025-ci ilin oktyabrında əldə olunan razılaşması çərçivəsində humanitar yardımların Qəzzaya çatdırılması ilə bağlı öhdəliklərin icrasını da müzakirə edəcəyi bildirilir.

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl Sülh Şurasının Qəzzada atəşkəsin ikinci mərhələsinə dair hazırladığı 15 bəndlik planı rədd etdiyini açıqlamışdı.

2025-ci il oktyabrın 10-da qüvvəyə minən atəşkəs razılaşmasının ilk mərhələsi əsir mübadiləsi və Qəzzaya humanitar yardımların artırılmasını nəzərdə tuturdu. Lakin İsrailin bölgədə həyata keçirdiyi hücumlar və humanitar yardımların girişinə tətbiq olunan məhdudiyyətlər razılaşmanın icrası ilə bağlı çətinlikləri artırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…