Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti video müraciətində cəbhə xəttindəki son hərbi-operativ vəziyyəti dəyərləndirərək, ölkənin silahlı qüvvələri və təhlükəsizlik strukturlarının komandanlığı ilə keçirdiyi xüsusi müşavirənin təfərrüatlarını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ukrayna dövlət başçısı Xarkov vilayətinin Kupyansk istiqamətində "Veles" kod adlı əks-hücum əməliyyatının icra olunduğunu bəyan edib.
V.Zelenski bildirib ki, qarşı tərəf müdafiə xətlərini yararaq mövqelərə sızmaq məqsədilə yeraltı qaz borularından və kommunikasiya xətlərindən istifadə etməyə cəhd göstərib.
Ukrayna Prezidenti hərbi hissələrin bu taktikadan qarşı tərəfin əleyhinə istifadə etdiyini diqqətə çatdıraraq deyib: “Əsgərlərimiz bu taktikaya qarşı çevik reaksiya verərək, yeraltı kommunikasiya sistemlərindən qarşı tərəfə kəsərli cavab zərbələri endirmək üçün son derece uğurla istifadə etdilər”.