Əsas məzmuna keç

Ukrayna Rusiyanın mühüm obyektlərinə zərbələr endirib - Zelenski

Ukrayna Rusiyanın mühüm obyektlərinə zərbələr endirib - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə ordusunun Rusiyanın müxtəlif bölgələrindəki strateji obyektlərə, o cümlədən neft emalı zavodlarına və pilotsuz uçuş aparatları (İHA) anbarlarına uğurlu hücumlar təşkil etdiyini açıqlayıb.

en ru

Prezidenti ölkə ordusunun Rusiyanın ərazisində yerləşən bir sıra mühüm infrastruktur obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Zelenski hesablarında yaydığı bəyanatda Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın hücumlarına qarşı “ədalətli cavab verməyə” davam etdiyini bildirib.

Dövlət başçısının sözlərinə görə, Ryazan vilayətində yerləşən emalı zavodu ilə yanaşı, Perm və Tatarıstandakı neft emalı müəssisələri də uzaqmənzilli raket və dron zərbələrinin hədəfi olub.

Bildirilib ki, sözügedən zərbələr Rusiyanın hərbi-sənaye potensialına zərər vurmaq məqsədi daşıyır.

Zelenski həmçinin Kursk vilayətində hücum məqsədli pilotsuz uçuş aparatlarının saxlanıldığı və buraxıldığı obyektlərin məhv edildiyini açıqlayıb.

Bundan əlavə, Qara dəniz akvatoriyasında yerləşən digər hərbi hədəfin də uğurla vurulduğu bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…