Əsas məzmuna keç

Vaşinqton Kiyevə sərt xəbərdarlıq etdi

Vaşinqton Kiyevə sərt xəbərdarlıq etdi

ABŞ-ın vitse-prezidenti ilə Ukrayna lideri arasında baş tutan telefon danışığından sonra Kiyevin Qara dənizdəki neft tankerlərinə və boru kəməri infrastrukturuna zərbələri dayandırdığı bildirilir.

en ru

ABŞ-nin Vitse-prezidenti Prezidenti Volodimir Zelenskiyə müraciət edərək Kiyevin “Kaspi Boru Konsorsiumu”nun (KTK) neft obyektlərinə qarşı hücumlarını dayandırmasını tələb edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə “Financial Times” ABŞ və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Kiyevdən ilə birbaşa əlaqəsi olmayan tankerlərə və Qara dənizdəki enerji infrastrukturuna zərbələr endirməməyi tələb edib.

Bildirilir ki, iyulun 31-də Vens və Zelenski arasında baş tutan telefon danışığından sonra Ukrayna tərəfi Qara dənizdə neft tankerlərinə və KTK infrastrukturuna qarşı intensiv dron hücumlarını dayandırıb.

“Bloomberg” də Ağ Ev administrasiyasının Ukraynanı Rusiya ilə əlaqəsi olmayan gəmiləri hədəfə almamaq barədə ciddi şəkildə xəbərdar etdiyini qeyd edib.

“Kaspi Boru Kəməri Konsorsiumu” Xəzər regionundan dünya bazarlarına neft nəqlində əsas marşrutlardan biri hesab olunur.

Məlumata görə, Qazaxıstanın neft ixracının 80 faizindən çoxu məhz bu kəmər vasitəsilə həyata keçirilir. Təxminən 1,5 min kilometr uzunluğunda olan boru kəməri Qərbi Qazaxıstandakı neft yataqlarını Qara dəniz sahili ilə birləşdirir.

Xatırladaq ki, iyulun 30-da KTK-nın mətbuat xidməti Qara dənizdəki dəniz terminalı yaxınlığında iki tankerin Ukrayna Silahlı Qüvvələrinin dron hücumuna məruz qaldığını açıqlamışdı.

Hadisədən sonra neftin tankerlərə yüklənməsi prosesi müvəqqəti olaraq dayandırılmışdı.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…