Əsas məzmuna keç

Zelenski Rusiyanın 16 hədəfinin məhv edildiyini açıqladı

Zelenski Rusiyanın 16 hədəfinin məhv edildiyini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi və logistik infrastrukturuna qarşı həyata keçirilən genişmiqyaslı zərbələr barədə məlumat verib.

en ru

Prezidenti ərazisində 16 hədəfin uğurla vurulduğunu açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Zelenski hesablarında paylaşdığı məlumatda əməliyyatlar zamanı uzaqmənzilli raketlərdən istifadə edildiyini bildirib.

Ukrayna liderinin sözlərinə görə, zərbələrin əsas hədəfləri Rusiyanın müharibəni maliyyələşdirməsində mühüm rol oynayan neft sektoru və enerji infrastrukturu olub. Bundan əlavə, Ukraynaya qarşı hücumlarda istifadə edilən hava limanları, raket bölmələri və digər strateji obyektlərin də hədəfə alındığı bildirilib.

Zelenski həyata keçirilən zərbələrin Rusiyanın və hərbi imkanlarına təsir göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna Rusiya ərazisindəki hərbi və strateji obyektlərə qarşı əməliyyatları davam etdirərək müharibənin Moskva üçün bədəlini artırmağa çalışır.

Ukrayna Prezidenti həmçinin əməliyyatlarda iştirak edən hərbçilərə təşəkkür edib və ölkəsinin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…