Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zelenski: Ukrayna və tərəfdaşları ilə yeni görüş keçiriləcək

2 dəq
Paylaş:
Zelenski: Ukrayna və tərəfdaşları ilə yeni görüş keçiriləcək

Ukrayna Prezidenti ABŞ və Avropa tərəfdaşları ilə yaxın zamanda yeni görüşün keçiriləcəyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Zelenski Kiyevə səfər edən ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkof və Cared Kuşnerlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Zelenskinin sözlərinə görə, prosesi faktiki olaraq yenidən başlayıb. O qeyd edib ki, prosesdə ən mürəkkəb və hələ də həllini tapmayan məsələ ərazi bütövlüyü ilə bağlıdır.

Ukrayna Prezidenti bildirib ki, bu kimi mühüm məsələlər yalnız dövlət liderləri səviyyəsində həll oluna bilər.

Zelenski həmçinin müharibədən sonrakı dövr üçün Ukraynaya və iqtisadi zəmanətlərin verilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, təhlükəsizliyin əsasını güclü Ukrayna ordusu təşkil etməlidir.

Müharibənin yaxın zamanda başa çatması ilə bağlı gözləntilərə toxunan Zelenski bunun real olmadığını deyib:

, çox güman ki, qış aylarında da davam edəcək”.

ABŞ-nin xüsusi nümayəndəsi isə Vaşinqtonun Ukrayna və Rusiya arasında üçtərəfli danışıqlar formatına qayıtmaq istədiyini bildirib.

Kuşner qeyd edib ki, Donald Trampın əsas məqsədi yalnız atəşkəsə nail olmaq deyil, uzunmüddətli sülhü təmin edəcək “sülh paketi” hazırlamaqdır. O, Vladimir Putinlə keçirilən görüşü də “konstruktiv” adlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə