Əsas məzmuna keç

Kuşner Putinlə görüşünü yüksək qiymətləndirib

Kuşner Putinlə görüşünü yüksək qiymətləndirib

ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Rusiya lideri ilə keçirilən danışıqları məhsuldar adlandırıb.

en ru

ABŞ Prezidenti Trampın kürəkəni və yaxın müşaviri sentyabrın 5-də Prezidenti Vladimir Putinlə keçirdiyi görüşü müsbət qiymətləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

görüşün konstruktiv keçdiyini bildirib.

“Bu, çox yaxşı dialoq idi. Biz bir çox suallar verdik, o da öz növbəsində bizə çoxsaylı suallar ünvanladı”, – deyə Kuşner qeyd edib.

Qeyd edək ki, Cared Kuşner və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff son günlər həm Moskvaya, həm də Kiyevə səfər ediblər.

Məlumata görə, amerikalı nümayəndələrin Vladimir Putinlə keçirdiyi görüş üç saatdan artıq davam edib.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşün əsas məqsədlərinə aydınlıq gətirib.

Onun sözlərinə görə, danışıqlar zamanı əsas diqqət ABŞ-nin və Avropa ölkələrinin nümayəndələri ilə apardığı təmasların nəticələri barədə məlumatların əldə edilməsinə yönəldilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…