Əsas məzmuna keç

Stubb: Tramp Ukrayna münaqişəsinin həllində daha fəal rol oynaya bilər

Stubb: Tramp Ukrayna münaqişəsinin həllində daha fəal rol oynaya bilər

Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ lideri Donald Trampın Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda iştirakını artıra biləcəyini bildirib.

en ru

Prezidenti “Bloomberg”ə verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın münaqişəsinin həlli üzrə danışıqlar prosesində daha fəal rol oynaya biləcəyini qeyd edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Stubb bildirib ki, Trampın xüsusi nümayəndələri Cared Kuşner və Stiv Vitkoffun, eləcə də Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliffin Moskva və Kiyevə reallaşan səfərləri Vaşinqtonun sülh paketini formalaşdırmaq istəyindən xəbər verir:

“Bu səfərlər ABŞ Prezidentinin öz nümayəndələrinə danışıqlar prosesinə təkrar cəlb olunmağa şərait yaratdığını göstərir. Məncə, bu addım Trampın sülh danışıqlarında bundan sonra daha da güclü və fəal rol alacağına işarədir”.

Finlandiya lideri həmçinin xüsusilə qış mövsümü ərəfəsində hər iki tərəfin enerji infrastrukturlarına hücumları dayandırmasını nəzərdə tutan qarşılıqlı qismən atəşkəs razılaşmasının əldə olunmasının vacibliyini diqqətə çatdırıb.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin Ukrayna böhranının həlli məqsədilə danışıqlara hazır olduğunu bəyan etmişdi. Rusiya lideri də Vaşinqtonun vasitəçilik səylərini müsbət qiymətləndirdiyini bildirib.

Bununla belə, Kremlin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, liderlər səviyyəsində hər hansı yeni görüşün keçirilməsi üçün əvvəlcə ekspertlər səviyyəsində işçi sənədlər tam hazırlanmalı və konkret nəticələr əldə olunmalıdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…