Əsas məzmuna keç

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

Paşinyan: "Məqsəd sərhədləri və açıq qapıları olan Ermənistan miras qoymaqdır"

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir Ermənistan miras qoymaqdır". Bunu...

en ru

"Hazırkı iqtidarın əsas məqsədi gələcək nəsillərə beynəlxalq aləmdə qəbul edilmiş sərhədləri və açıq qapıları olan bir miras qoymaqdır".

“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu sözügedən ölkənin Nikol İrəvanda "Restart" fondunun təşəbbüsü ilə keçirilən "MaskOFF" adlı panel müzakirələrində çıxışı zamanı bildirib.

Keçirilən tədbirdə gənclər iştirak ediblər. Hökumət rəhbəri, həmçinin 2029-cu ildə Avropa İttifaqı ilə vizasız gediş-gəliş rejiminin tətbiqinə dair qərarın veriləcəyinə və akademik şəhərciyin inşasına başlanacağına inandığını qeyd edib.

O əlavə edib ki, bərqərar olduğu təqdirdə, bu və ya digər layihələrin icrasına maneə yaranmayacaq.

"Başlıca vəzifələrin - əldə olunan sülhün hüquqi müstəviyə keçirilməsi, iqtisadi dayanıqlıq və enerjidən asılılığın aradan qaldırılmasının yüz faizlik zəmanətini kimsə verə bilməz, bu hədəflərə çatmaq çətin olsa da, mümkünsüz deyil", - deyə ölkə lideri vurğulayıb.

Bu hədəflərin reallaşması üçün təkcə gənc nəsil arasında deyil, eləcə də bütün cəmiyyətdə təhsilin çox vacib rol oynadığını diqqətə çatdırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…