Türkmənistanda Rusiya Prezidenti Vladimir Putinlə rəsmi görüşlər planlaşdırılmır.
“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan bu gün jurnalistlərə açıqlamasında deyib.
Bununla belə, o, Rusiya lideri ilə qeyri-rəsmi söhbəti istisna etməyib.
"Rəsmi görüşlər planlaşdırılmır. Əgər prosesin gedişində buna ehtiyac olduğu məlum olarsa, o zaman bu baş tuta bilər", - Paşinyan bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, Türkmənistanda Rusiya Prezidenti ilə müəyyən təmaslar olacaq. "Bu gün və sabah biz eyni tədbirdə (Türkmənistanda MDB sammiti) birlikdə olacağıq. Bu cür formatlarda təmaslar birmənalı şəkildə olur", - Baş nazir əlavə edib.