Misli Premyer Liqasının XII turunda “Neftçi” səfərdə “Araz-Naxçıvan”ı 3:1 hesabı ilə məğlub edib. Şamaxı şəhər stadionunda keçirilən görüşdə Bakı komandasının heyətində Qustavo Klisman 19-cu və 74-cü dəqiqələrdə, Draqolyub Saviç isə 70-ci dəqiqədə qol vurub.
Qonaqların futbolçusu Rüfət Abbasov 82-ci dəqiqədə topu öz qapısına göndərərək avtoqol müəllifi olub. Bu nəticədən sonra “Neftçi”nin xallarının sayı 27-yə yüksəlib və komanda turnir cədvəlində vahid liderə çevrilib. “Araz-Naxçıvan” 4 xalla sonuncu, 12-ci sırada qalıb.
XII turun əvvəlki oyunlarında “İmişli” ilə “Zirə” 2:2 hesablı heç-heçə edib. “Sabah” səfərdə “Sumqayıt”ı 5:1, “Turan Tovuz” “Şamaxı”nı 2:0, “Qəbələ” isə “Şəfa”nı 2:0 hesabı ilə məğlub edib.