Əsas məzmuna keç

Amin Əliyev parataekvondo üzrə dünya çempionatında bir qələbə qazandı

Amin Əliyev parataekvondo üzrə dünya çempionatında bir qələbə qazandı
— Foto: idman.biz

17 yaşlı Azərbaycan təmsilçisi Muju şəhərində keçirilən dünya çempionatında 1/16 finalda qalib gəlib, növbəti mərhələdə isə mübarizəni dayandırıb.

en ru

Parataekvondo üzrə millisinin üzvü Amin Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında bir qələbə qazanıb. 17 yaşlı idmançı K44 kateqoriyasında, 63 kq çəki dərəcəsində çıxış edib.

Dünya çempionatında debüt edən Əliyev 1/16 finalda Tailand təmsilçisi Natthavat Sutapakı 2:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.

Azərbaycanlı parataekvondoçu növbəti mərhələdə dünya reytinqinin üçüncü pilləsində olan israilli Adnan Miladla qarşılaşıb. Görüş Miladın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Əliyev yarışda bir qələbə və bir məğlubiyyətlə çıxışını tamamlayıb.

Noyabrın 20-dən 22-dək keçirilən dünya çempionatında 63 kq çəki dərəcəsinin qalibi türkiyəli Mahmut Bozteke olub. Amin Əliyevi məğlub edən Adnan Milad gümüş medal qazanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…